Tərəflər və Müqavilənin Qəbulu (Aksepti)
1.1. Bu Müqavilə (şərtləri aşağıda göstərilən Ümumi Oferta) bir tərəfdən “i10” MMC (VÖEN: 2008121391, hüquqi ünvan: Əliyar Əliyev küçəsi 54A), bundan sonra “İcraçı” adlandırılacaq, digər tərəfdən isə platformada/saytda qeydiyyatdan keçən və bu müqavilənin şərtlərini elektron qaydada təsdiq edən fiziki şəxs, bundan sonra “Sifarişçi” adlandırılacaq, arasında aşağıdakı şərtlərlə bağlanmışdır.
1.2. Sifarişçi saytda/tətbiqdə qeydiyyatdan keçərək və ya şərtlərlə razılaşma düyməsini (checkbox) seçərək bu Müqavilənin bütün şərtlərini qeyd-şərtsiz qəbul etmiş (aksept etmiş) hesab olunur.
Müqavilənin Məzmunu
2.1. İcraçı Sifarişçiyə aşağıdakı xidmətləri göstərməyi öhdəsinə götürür:
- Taksi və ya kuryer fəaliyyəti üçün tələb olunan sənədlərin hazırlanması və tərtib edilməsi;
- Aidiyyəti dövlət qurumlarına müraciətlərin hazırlanması;
- Qeydiyyat və ya icazə ilə bağlı texniki dəstəyin göstərilməsi;
- Kuryer ödənişlərinin həyata keçirilməsi;
- İş saatlarında texniki dəstək.
Müddət
3.1. Müqavilə Sifarişçi tərəfindən elektron qaydada təsdiqləndiyi andan qüvvəyə minir və 12 (on iki) ay müddətinə bağlanır.
3.2. Tərəflərdən biri müqaviləni ləğv etmək istədikdə, bu barədə digər tərəfi yazılı şəkildə və ya elektron kommunikasiya vasitələri ilə 5 (beş) iş günü əvvəlcədən xəbərdar etməlidir.
Ödəniş və Hesablaşmalar
4.1. Sifarişçi göstərilən xidmətlərə görə İcraçıya yerinə yetirdiyi sifarişlərə görə əlavə 1% komissiya ödəyir.
4.2. Ödənişlər nağd və ya bank köçürməsi yolu ilə həyata keçirilə bilər.
Tərəflərin Öhdəlikləri
5.1. İcraçı göstərilən xidmətləri vaxtında və keyfiyyətli şəkildə həyata keçirməlidir.
5.2. Sifarişçi İcraçıya lazım olan bütün məlumat və sənədləri təqdim etməlidir.
5.3. Tərəflər qarşılıqlı etimad və əməkdaşlıq prinsiplərinə əsaslanaraq fəaliyyət göstərməlidirlər.
5.4. Sifarişçi üçüncü şəxslərdən aldığı bağlamaları zərərsiz şəkildə təhvil alıb alıcıya çatdırmalıdır. Bağlamanın zədələnməsi və ya itməsi halında məsuliyyət Sifarişçinin üzərinə düşür.
Əlavə Şərtlər
6.1. Sifarişçi 3 (üç) aydan artıq müddətdə fəaliyyətsiz qaldıqda, yəni tətbiq vasitəsilə sifarişlər qəbul etmədikdə, xəbərdarlıq edildikdən sonra onun hesabı xidmətdən silinəcəkdir.
6.2. Sifarişçi İcraçıya təqdim etdiyi sənədlərin müqavilənin icrası məqsədilə istifadə olunmasına, zərurət yarandıqda isə həmin sənədlərin müqavilənin icrası ilə əlaqədar olaraq üçüncü şəxslərə təqdim edilməsinə razılıq verir.
6.3. Sifarişçi proqram təminatında mövcud boşluqlardan və ya səhvlərdən şəxsi və ya üçüncü şəxslərin xeyrinə istifadə etməməlidir. Belə hərəkətlər aşkar edildikdə, İcraçı Sifarişçini xəbərdar etməklə müqaviləni birtərəfli qaydada ləğv etmək hüququna malikdir.
Digər Şərtlər
7.1. Bu müqavilə elektron formada tərtib edilmişdir və Sifarişçi tərəfindən elektron təsdiqlənməsi kağız üzərindəki imza ilə eyni hüquqi qüvvəyə malikdir.
7.2. Mübahisələr danışıqlar yolu ilə həll olunur, mümkün olmadıqda isə Azərbaycan Respublikasının müvafiq məhkəməsində baxılır.